Amerika Birləşmiş Ştatlarında (ABŞ) təşkil olunmuş futbol üzrə Amerika Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.
Arena.az xəbər verir ki, bu gün daha bir yarımfinalçının adına aydınlıq gəlib.
1/4 finalda Venesuela millisi turnirin debütantı Kanada yığması ilə qarşılaşıb. Görüşün əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında Kanada millisi qələbə qazanıb – 4:3. Beləliklə, Kanada yarımfinalda turnirin sonuncu qalibi Argentina yığmasına rəqib olub.
Qeyd edək ki, Argentina – Kanada matçı iyulun 9-da keçiriləcək.
Digər yarımfinalçılar iyulun 7-də müəyyənləşəcək. Əvvəlcə Kolumbiya yığması Panama millisi ilə üz-üzə gələcək. Bu oyuna Bakı vaxtı ilə saat 02:00-da start veriləcək. 05:00-da isə Uruqvay – Braziliya matçı başlayacaq.
Amerika Kubokunda mübarizəyə iyulun 14-də keçiriləcək final oyunu ilə yekun vurulacaq.
Amerika Kuboku
1/4 final
6 iyul
Venesuela – Kanada 1:1 (penaltilər 3:4)
Qollar: Salomonn Rondon, 65 – Yakob Şaffelburq, 13.