RU

Türkiyədə Merih Demiralın heykəli ucaldılacaq

Türkiyədə Merih Demiralın heykəli ucaldılacaq

Türkiyədənin Bolu şəhərində Merih Demiralın heykəli ucaldılacaq.

Məlumata görə, Bolu Bələdiyyə Başçısı Tanju Özcan "bozqurd" işarəsi üçün UEFA-nın futbolçunu 2 oyunluq cəzalandırmasına reaksiya verib.

Özcan verilən cəzanı şiddətlə qınayıb və yerli futbol qurumunu da tənqid edib:

"Bu cəzanın qarşısını ala bilmədiyi üçün Futbol Federasiyasını lənətləyirəm".

Boluda "bozqurd" işarəsi göstərən Merihin heykəlini ucaldacağına da söz verən Tanju Özcan, "Avropa gəlsin məni də cəzalandırsın" deyib./Oxu.az

Избранный
87
25
sonxeber.az

10Источники