AZ

Türkiyədə Merih Demiralın heykəli ucaldılacaq

Türkiyədənin Bolu şəhərində Merih Demiralın heykəli ucaldılacaq.

Məlumata görə, Bolu Bələdiyyə Başçısı Tanju Özcan “bozqurd” işarəsi üçün UEFA-nın futbolçunu 2 oyunluq cəzalandırmasına reaksiya verib.

Özcan verilən cəzanı şiddətlə qınayıb və yerli futbol qurumunu da tənqid edib:

“Bu cəzanın qarşısını ala bilmədiyi üçün Futbol Federasiyasını lənətləyirəm”.

Boluda “bozqurd” işarəsi göstərən Merihin heykəlini ucaldacağına da söz verən Tanju Özcan, “Avropa gəlsin məni də cəzalandırsın” deyib.

Mənbə Oxu.Az

Seçilən
107
25
dogru.az

10Mənbələr