RU

İranda prezident seçkilərində Məsud Pezeşkian liderlik edir

Bakı. Trend:

“İslahatçılar” düşərgəsinin nümayəndəsi Məsud Pezeşkian İranda seçkilərdə liderlik edir.

Trend-in məlumatına görə, bu barədə İran İslam Respublikasının Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami məlumat verib.

Onun sözlərinə görə, 58,6 min seçki məntəqəsindən 47,6 minində (81,19%) 23,61 milyon bülleteni hesablandıqdan sonra M.Pezeşkian 12,7 milyon, İranın Ali Liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi S.Cəlili 10,4 milyon səs toplayıb.

İranda ümumilikdə 61 milyon seçici var. İlkin məlumatlara görə, seçici fəallığı təxminən 50% təşkil edib.

xxx

04:23

Sabiq səhiyyə naziri və “İslahatçılar” düşərgəsinin nümayəndəsi Məsud Pezeşkian İranda prezident seçkilərində liderlik edir.

Trend-in məlumatına görə, bu barədə İran İslam Respublikasının Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami məlumat verib.

58,6 min seçki məntəqəsindən 13,28 minində (22,7%) 5,819 milyon bülleteni emal etdikdən sonra M.Pezeşkian 2,904 milyon, İranın Ali Liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi , mühafizəkar Səid Cəlili isə 2,815 milyon səs toplayıb. İlkin məlumatlara görə, seçkilərin ikinci turunda 30 milyondan çox insan səs verib.

xxx

03:21

Sabiq səhiyyə naziri və “İslahatçılar” düşərgəsinin nümayəndəsi Məsud Pezeşkian İranda keçirilən prezident seçkilərində 2,5 milyon səsin hesablanmasından sonra liderlik edir.

Trend-in məlumatına görə, bu barədə İran İslam Respublikasının Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami məlumat verib.

Onun sözlərinə görə, 58,6 min seçki məntəqəsindən 6,19 minində (10,5%) 2,5 milyon bülleteni hesablayandan sonra M.Pezeşkian 1,263 milyon, İranın Ali Liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili 1,244 milyon səs alır.

Qeyd edək ki, bu gün İranda növbədənkənar prezident seçkilərinin 2-ci turu yerli vaxtla saat 08:00-da başlayıb. Bu turda 2 namizəd – Məsud Pezeşkian və Səid Cəlili rəqabət aparır. Seçkilərdə ən çox səs qazanan namizəd qalib olacaq. Seçkilərin müddəti 10 saatdır və Daxili İşlər Nazirliyi lazımi hesab etdiyi halda, seçkilərin vaxtı uzadıla bilər.

İranda prezident seçkiləri ilə əlaqədar ölkə daxilində 58 640 dairə, ölkədən kənarda 344 dairə yaradılıb. 61 452 321 seçici səsvermədə iştirak edə bilər.

28 iyunda keçirilən 14-cü çağırış prezident seçkilərində 24,5 milyon seçici səsvermədə iştirak edib. Səsverməyə əsasən sabiq səhiyyə naziri və “İslahatçılar” düşərgəsinin nümayəndəsi Məsud Pezeşkian 10,4 milyon, İranın Ali Liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili 9,47 milyon, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf 3,38 milyon və sabiq təhlükəsizlik

Избранный
52
50
turkic.world

10Источники