RU

AVRO-2024: Fransa Portuqaliyanı penaltilər seriyasında üstələyərək yarımfinala adladı

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Portuqaliya və Fransa yığmaları arasında keçirilən 1/4 final görüşü başa çatıb.

Hamburqda yerləşən “Folksparkştadion"da keçirilən qarşılaşmanın əsas və əlavə vaxtı 0:0 hesabı ilə yekunlaşdığından, qalibi müəyyən etmək üçün penalti zərbələrinə ehtiyac duyulub.

Burada daha dəqiq oynayan (5:3) fransızlar yarımfinala yüksələrək İspaniyaya rəqib olublar.

Qeyd edək ki, İspaniya - Portuqaliya matçı iyulun 9-u, saat 23:00-da start götürəcək.

Избранный
159
17
cbcsport.az

10Источники