RU

İspaniya Avropa çempionatının yarımfinal görüşünə ciddi itkilərlə çıxacaq

İspaniya millisinin 4 futbolçusu Avropa çempionatının yarımfinal görüşünü buraxacaq.

Yenisabah.az xəbər verir ki, Pedri, Roben Le Norman, Daniel Karvahal və Alvaro Morata kart cəzalıları olduqları üçün növbəti mərhələdə komandalarına kömək edə bilməyəcəklər.

Pedri isə zədə səbəbindən yarımfinal oyununu buraxacaq. O, Almaniya ilə keçirilən 1/4 final görüşündə dizindən zədə alıb. 

Qeyd edək ki, İspaniya yarımfinalda Portuqaliya - Fransa cütünün qalibi ilə qarşılaşacaq. Matç iyulun 9-u, saat 23:00-da start götürəcək.


Telegram kanalımız
Избранный
56
3
yenisabah.az

4Источники