RU

Medianın İnkişafı Agentliyində baş redaktorlarla görüş keçirildi - FOTOLAR

yulun 5-də Medianın İnkişafı Agentliyində 2024-cü ilin ikinci yarımilliyi üzrə maliyyə yardımı göstərilən onlayn media subyektlərinin rəhbərləri ilə görüş təşkil olunub.

Turkustan.az xəbər verir ki, görüş zamanı Agentliyin İcraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, media subyektlərinə maliyyə dəstəyinin göstərilməsinin əsas məqsədi onların iqtisadi müstəqilliyini gücləndirmək, fəaliyyətlərini müasir tələblərə uyğunlaşdırmaq, keyfiyyətli məzmun yaradılmasını təmin etmək, həmçinin cəmiyyət üçün vacib olan mövzularda maarifləndirmənin həyata keçirilməsində onlayn media subyektlərinin potensialını dəyərləndirməkdir. Bununla yanaşı bildirilib ki, veb-saytların infrastrukturunun gücləndirilməsi və təhlükəsizliyinin təmin olunması istiqamətində işlər davam etdirilməlidir.

Onlayn media subyektlərinin rəhbərləri tərəfindən qeyd edilib ki, maliyyə yardımının göstərilməsi sayəsində son dövrdə veb-saytlara dair texniki məsələlərin əhəmiyyətli bir hissəsi həll olunub, bəziləri tamamilə fərqli formatda yenidən təqdim olunub, həmçinin jurnalistlərin əmək münasibətləri daha da nizama salınıb.

Görüşdə bəhs olunan məsələlər ətrafında geniş müzakirələr aparılıb, media subyektlərinin rəhbərlərinin təklifləri dinlənilib.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
67
17
turkustan.az

10Источники