RU

“İspaniya millisinin iki sağ cinah oyunçusunu xüsusi qeyd edərdim” – İnyesta

“Barselona”nın keçmiş yarımmüdafiəçisi Andres İnyesta İspaniya millisinin 2024-cü il Avropa çempionatındakı oyunu ilə bağlı fikirlərini bölüşüb.



Komanda.az xəbər verir ki, İspaniya millisinin sabiq üzvü “Mundo Deportivo” nəşrinə açıqlama verib:



“İspaniya millisinin iki sağ cinah oyunçusunu xüsusi qeyd edərdim, onlar çox şeyi müəyyənləşdirirlər. Amma meydançanı topla idarə edə bilən yarımmüdafiəçilər də var. Bunlar Rodri, Ruis, Pedri, Olmo, Merinosdur. Onlar bir-birini yaxşı başa düşürlər”.



İspaniya millisi Avropa çempionatının 1/4 finalında Almaniya ilə üz-üzə gələcək. Qarşılaşma bu gün saat 20:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərAndres İnyesta ispaniya

Избранный
158
komanda.az

1Источники