RU

Azərbaycan banklarının xalis daxili aktivləri mayda 6 % artıb

Bu il iyunun 1-nə Azərbaycan banklarının xalis daxili aktivləri 20 milyard 274 milyon manat təşkil edib.

FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, aylıq müqayisədə 1 milyard 66,4 milyon manat və ya  5,6%, ilin əvvəlinə nisbətən 417,1 milyon manat və ya 2,1%, ötən il iyunun 1-i ilə müqayisədə isə 1 milyard 353,8 milyon manat və ya 7,2% çoxdur.

Qeyd edək ki, Azərbaycan banklarının xalis daxili aktivləri bu ilin mayın 1-nə 19 milyard 207,6 milyon manat, ilin əvvəlinə 19 milyard 856,9 milyon manat, ötən ilin iyun ayının 1-nə 18 milyard 920,2 milyon manat təşkil edib.

Избранный
65
1
fed.az

5Источники