AZ

Azərbaycan banklarının xalis xarici aktivləri mayda 6 % azalıb

Bu il iyunun 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 24 milyard 573,6 milyon manat təşkil edib.

FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, aylıq müqayisədə 1 milyard 496,1 milyon manat və ya  5,7 %, ilin əvvəlinə nisbətən 642,9 milyon manat və ya 2,5% az, ötən il iyunun 1-i ilə müqayisədə isə 2 milyard 122 milyon manat və ya 9,5 % çoxdur.

Qeyd edək ki, Azərbaycan banklarının xalis xarici aktivləri bu ilin mayın 1-nə 26 milyard 69,7 milyon manat, ilin əvvəlinə 25 milyard 216,5 milyon manat, ötən ilin iyun ayının 1-nə 22 milyard 451,6 milyon manat təşkil edib.

Seçilən
70
1
fed.az

5Mənbələr