RU

"Həyatının sahibi özün ol!" layihəsi çərçivəsində insan alverinə qarşı maarifləndirici tədbir keçirildi - FOTOLAR » AzadMedia.az


"Ümid yelkənləri" Insan Alverinə Qarşı İctimai Birliyi 04.06.2024-cü il tarixdə Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 4 ünvanda yerləşən “Azərbaycan Uşaqları” İctimai Birliyinin ofisində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Həyatının sahibi özün ol!” layihəsinin icra planına uyğun olaraq gənclərlə görüşüb, onları insan alveri problemi ilə bağlı maarifləndirmək məqsədilə tədbir keçirdi.

QHT.az xəbər verir ki, tədbirdə təşkilatın sədri Fatma Allahyarova iştirakçılara cinayətkarlar tərəfindən insanları insan alverinə necə cəlb etmələri, insanların özünü bu bəladan necə qorumaları, bu sahədə fəaliyyət göstərən dövlət qurumları və onların qaynar xətt xidmətləri barədə məlumat verdi. Daha sonra təşkilat tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmış insan alverinə qarşı maarifləndirici buklet tədbir iştirakçılarına paylanıldı
Избранный
43
3
azadmedia.az

4Источники