Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatında bu gün 1/4 final mərhələsinin oyunlarına start veriləcək.
Senzor.az bildirir ki, günün ilk qarşılaşması İspaniya və Almaniya yığmaları arasında olacaq.
Ştutqart şəhərində yerləşən “MHP Arena”da oynanılacaq görüş Bakı vaxtı ilə 20:00-da başlayacaq.
Digər matçda Portuqaliya və Fransa komandaları münasibətlərini aydınlaşdıracaqlar. Hamburqun “Folksparkştadion” arenasında reallaşacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə 23:00-da səslənəcək.
Xatırladaq ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.