AZ

AVRO-2024 bu gün: İspaniya Almaniyaya, Portuqaliya Fransaya qarşı

Bu gün Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatında 1/4 final mərhələsinin oyunlarına start veriləcək.

Turkustan.az xəbər verir ki, günün ilk qarşılaşması İspaniya və Almaniya yığmaları arasında olacaq. Ştutqart şəhərində yerləşən “MHP Arena”da oynanılacaq görüş Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Digər matçda Portuqaliya və Fransa komandaları münasibətlərini aydınlaşdıracaqlar. Hamburqun “Folksparkştadion” arenasında reallaşacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə 23:00-da səslənəcək.

Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq. /Cebhe.info/

Seçilən
43
11
turkustan.az

10Mənbələr