RU

“Cəbrayıl”da yeni baş məşqçi

Elhad Nəziri “Cəbrayıl”ın baş məşqçisi təyin edilib.

Futbolinfo.az xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.

B kateqoriyalı baş məşqçi ilə 1 illik müqavilə imzalanıb.

Elhad Nəziri futbolçu kimi “Lokomotiv” (Bakı), “Milsami” (Moldova), “Petrolul” (Rumıniya), “İnter” (Bakı), “Metralul” (Rumıniya) klublarının formasını geyinib, Rumıniya kubokunun qalibi və çempionatın bürünc mükafatçısı olub.

Gənc çalışdırıcı “Cəbrayıl” FK ilə Region Liqasının qalibi və İkinci Liqanın gümüş medalçısı olub.

“Cəbrayıl”ın əvvəlki baş məşqçisi Cavid Hüseynov isə yeni mövsümdə “Turan Tovuz”da Kurban Berdıyevin köməkçisi kimi çalışacaq.

Избранный
49
11
futbolinfo.az

10Источники