Bu gün İranda növbədənkənar prezident seçkilərinin ikinci turu keçiriləcək.
Bakıvaxtı.az-ın İran mətbuatına istinadən məlumatına görə, seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılacaq.
Seçkilərin nəticələrinin iyulun 6-da səhər saatlarında, bütün səslər hesablandıqdan sonra məlum olacağı gözlənilir.
Qeyd edək ki, prezidentlik uğrunda 69 yaşlı islahatçı Məsud Pezeşkiyan və mühafizəkar Səid Cəlili mübarizə aparacaqlar.