"Oppo A3" smartfonu yazda təqdim olunan "Oppo A3 Pro"dan daha aşağı qiymətə Çin bazarında debüt edib.
Valyuta.az xəbər verir ki, bu barədə GSMArena texnoloji nəşri məlumat yayıb.
Qurğu Full HD+ təsvir ölçüsünə və 120 Hz yeniləmə tezliyinə malik 6,7 düymlük OLED displeylə təchiz edilib. Ekranın qorunması "Corning Gorilla Glass 7i" tərəfindən təmin edilir.
Ön kameranın təsvir ölçüsü 8 MP, əsas kamera isə 50 MP-dir. Əsas kamera iki meqapiksellik dərinlik sensoru ilə tamamlanır.
Prosessor 8 və ya 12 GB LPDDR4X operativ yaddaş və 256 və ya 512 GB UFS 2.2 yaddaşı ilə birlikdə işləyən "Qualcomm Snapdragon 695"dir. Batareya 5000 mAh tutuma malikdir və 45 Vt-a qədər VOOC sürətli şarjı dəstəkləyir.
Hələlik yeni məhsul yalnız Çin bazarında mövcuddur. Üç rəngdə gəlir: qara, yaşıl və bənövşəyi.
8 GB əməli yaddaş və 256 GB yaddaşa malik versiyanın qiyməti 1600 yuandan başlayır.
Paşa Məmmədli