RU

Erik ten Haq “Mançester Yunayted”lə yeni müqaviləsindən danışdı

“Mançester Yunayted”in baş məşqçisi, niderlandlı mütəxəssis Erik ten Haq “qırmızı şeytanlar”la müqavilə müddətinin uzadılması haqda danışıb.

Arena.az İngiltərə klubunun rəsmi saytına istinadən, niderlandlı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Birgə işi davam etdirmək məqsədilə komanda ilə razılığa gəldiyim üçün çox şadam. Geridə qalmış ötən iki ilə nəzər salsaq, kluba qoşulduğum vaxtla müqayisədə iki kuboku və bir çox tərəqqi nümunəsini qürurla qeyd edə bilərik. Bununla belə, onu da açıq şəkildə bildirməliyik ki, “Mançester Yunayted”dən gözlənilən səviyyəyə çatmaq üçün qarşıda hələ çox gərgin iş var. Bu, İngiltərə və Avropa qənimətləri uğrunda mübarizə aparmaq deməkdir. Klub rəhbərliyi ilə söhbətlərim zamanı biz bu məqsədlərə çatmaq məqsədilə baxışlarımızda tam birliyə gəldik. Hamımız bu yolu birlikdə getməyə sadiqik”, deyə Erik ten Haq vurğulayıb.

Xatırladaq ki, bu gün, iyulun 4-də “Mançester Yunayted” Erik ten Haqla müqaviləsinin müddətini 2026-cı ilə qədər artırdığını rəsmən açıqlayıb.

Geridə qalmış 2023/2024-cü illər mövsümünün əksər yarışlarında Ten Haq uğursuzluğa düçar olub. “Mançester Yunayted” UEFA Çempinlar Liqasını qrup sonuncusu olaraq tərk edib, İngiltərə Liqa Kubokunu əldən verib. Premyer Liqada isə 38 oyundan 60 xal toplamış “qırmızı şeytanlar” yarış cədvəlinin 8-ci pilləsində qərarlaşıblar ki, bu da klub tarixinin ən uğursuz nəticəsi olmaqla yanaşı, heç avrokuboklara da vəsiqə verməyib.

Əvəzində, niderlandlı mütəxəssis özünün “qırmızı şeytanlar”ı ilə birlikdə qarşısına qazanmağı məqsəd qoyduğu İngiltərə Kubokunda qalibiyyətə nail olub. Bu zəfər isə “Mançester Yunayted”ə növbəti, 2024/2025 mövsümündə Avropa Liqasında iştirak hüququ verib.

Избранный
120
15
arena.az

10Источники