AZ

"Mançester Yunayted" yeni hücumçu ilə anlaşıb

Ötən mövsüm "Bolonya"da yüksək səviyyəli oyun nümayiş etdirən hücumçu Coşua Zirkzee "Mançester Yunayted"ə keçidi yaxınlaşır.

90deqiqe.Az "Transfer News Live"ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” artıq niderlandlı forvard ilə 5 illik müqaviləyə razılaşıb.

Premyer Liqa klubu 23 yaşlı forvardı 40 milyon avroya almaq variantını aktivləşdirməyə hazırdır. Eyni zamanda, Zirkzee Mançesterə uçmağa hazırlaşır. Müqavilə bağlanmazdan əvvəl hollandiyalı futbolçu tibbi müayinədən keçəcək.

Seçilən
87
15
90deqiqe.az

10Mənbələr