Milyonlarla valideynin istifadə etdiyi dünyaca məşhur uşaq qidası markası Alnaturaya aid kartof və yerkökü olan iki məhsulda insan sağlamlığı üçün zərərli kanserogen maddə olan aflatoksin aşkar edilib.
News24.az Medicina.az-a istinadən xəbər verir ki, aflatoksin aşkar edildikdən sonra şirkət sözügedən qidanın qətiliklə istehlak edilməməsi barədə xəbərdarlıq edib.
Yararlılıq müddəti 20 dekabr 2025-ci il tarixdə olan kök tərkibli qidalar və yararlılıq müddəti 14 yanvar 2026-cı il və 28 yanvar 2026-cı il tarixlərində olan kartoflu uşaq qidası məhsullarının qaimə-fakturasız geri qaytarılması tələb olunub.