RU

Microsoft Copilot kompüter üzərindən smartfonun idarəsi imkanını əldə edib

     Microsoft şirkəti özünün Copilot adlı süni zəka köməkçisinin yeni funksiyasını təqdim edib. İstifadəçilər təqdim edilmiş yeni funksiya sayəsində Windows 11 əməliyyat sistemli kompüter üzərindən Android 14 dəstəkli smartfonlarını idarə edə biləcəklər. Yəni faktiki olaraq yeni funksiya Copilot köməkçisinə smartfonun idarəsi imkanını verir. Əgər istifadəçinin Android smartfonu Phone Link tətbiqi vasitəsilə kompüterə və ya noutbuka qoşuludursa, Copilot smartfondakı kontaktlara keçid imkanını əldə edə, telefon nömrələri üzrə axtarış keçirə, mətn formatında mesajları qəbul edə və göndərə, o cümlədən istifadəçinin smartfonunda zəngli saatı qura biləcək.     Funksiyanı aktivləşdirmək üçün ilk növbədə copilot.microsoft.com saytına daxil olmaq və ya Edge brauzerindən istifadə edildiyi halda brauzer daxilində Copilot-a sahib yan paneli aktivləşdirmək lazımdır. Daha sonra menyuda telefon plugini aktiləşdirilməlidir. Bu plugin aktivləşdiriləndən sonra istifadəçi Copilot-a smartfonla bağlı sorğuları göndərə biləcək. Qeyd etmək lazımdır ki, bütün bu proses ərzində smartfonun özü Phone Link tətbiqi vasitəsilə kompüterə qoşulu olmalıdır.

Избранный
141
technote.az

1Источники