RU

"Dünyanın ən böyük iqtisadiyyatına sahib ölkə ilə strateji tərəfdaşlıq ölkəmiz üçün çox dəyərlidir"

Prezident İlham Əliyev ilə Çin lideri Si Cin Pinq arasında qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli dostluq münasibətləri yaranıb. Prezident İlham Əliyev, Şanxay Əməkdaşlıq Təşkilatına ikinci dəfə fəxri qonaq qismində dəvət olunub. Çin rəhbəri ilə görüşüb. Milli Məclisin deputatı Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatına dəvət olunması ölkəmizin apardığı uğurlu beynəlxalq siyasətinin və artan nüfuzunun göstəricisidir. Belə ki, dövlət başçısı Astanaya səfəri çərçivəsində Çin, Rusiya, Türkiyə, Pakistan və Qazaxıstan dövlət başçıları ilə ikitərəfli görüşlər keçirdi və ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıldı. Azər Badamov “Bu görüşlərdə Çin prezidenti Si Cin Pinq ilə aparılan müzakirələri xüsusilə qeyd etmək istəyirəm. Çünki, Çin dünyanın ən böyük iqtisadiyyatı, əhalisi olan və dünya siyasətinə təsir gücünə malik ölkədir. Görüş çərçivəsində dövlət başçılarımız ölkələrarası münasibətlərin mövcud vəziyyəti və gələcək perspektivlər ətrafında danışdılar. Azərbaycanla Çin arasında 3 milyard dollardan çox ticarət dövriyyəsi mövcuddur. Çin Azərbaycanın ən böyük idxalçılarından biridir. O cümlədən, Azərbaycan Çinin 6 şəhərində ticarət evləri açıb, qeyri-neft istehsalımızın bu bazarlara çıxarılması üçün işlər aparılır”-deyən deputat bildirib ki, Çinlə Azərbaycan arasındakı əməkdaşlıq çoxşaxəli xarakterə malikdir. Görüş çərçivəsində imzalanmış Azərbaycanla Çin arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə ölkələrimiz arası münasibətlərin gələcək inkişafında yeni səhifə açır. Ölkələrarası münasibətlərdə regional və qlobal təhlükəsizlik, terror və separatizmə qarşı mübarizə, iqtisadi, humanitar və turizm sahəsində əməkdaşlığın genişləndilməsi xüsusi yer tutur. Belə ki, Azərbaycana Çindən yüksək texnologiyalar və innovasiyalar sahəsində investisiyalar daxil olunur. Azərbaycan Çin vətəndaşları üçün bir illik vizadan azad edilməsi məsələsini həll edir. O cümlədən, Çin prezidenti də Azərbaycan vətəndaşları üçün eyni qaydanın tətbiqinə baxılacağını qeyd etdi. Azərbaycanda Çin dilinin öyrənilməsinə diqqət artırılacaq. Azərbaycan Çinin təşəbbüsü olduğu "Bir kəmər, bir yol" layihəsinin aktiv iştirakçısıdır. Belə ki, ərsəyə gətirdiyimiz Cənub-Şimal, Qərb-Şərq nəqliyyat dəhlizləri, o cünlədən Transxəzər nəqliyyat marşurutu və Bakı-Tiblisi-Qars xətti Çindən çıxan yüklərin Avropaya və əks istiqamətdə daşınmasına yeni imkanlar yaradır”-deyə deputat bildirib. Azər Badamov hesab edir ki, Azərbaycan Çinin "vahid Çin" siyasətini dəstəkləyir və Çinin ərazi bütövlüyünün pozulmasının yolverilməz olduğunu qeyd edərək, Tayvanda keçirilən seçkiləri pisləyib. O cümlədən, Çin də Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib və bu gün də ölkəmizin irəli sürdüyü təşbüssləri dəstəklədiyini ifadə edir. “Dövlət başçıları görüşdə bir-birini rəsmi səfərlərə dəvət etdi və Çinin dövlət başçısı COP 29-da yüksək səviyyədə təmsil olunacağını bildirdi. Təbii ki, bu, dövlətlərimiz arasındakı münasibətlərin çox yüksək səviyyədə olmasının göstəricisidir”-deyə Azər Badamov əlavə edib. İradə Cəlil, Bizimyol.info

Избранный
137
1
bizimyol.info

10Источники