AZ

Bakı Pekinlə strateji tərəfdaş oldu: səbəblər və təfərrüatlar

Bakı. Trend:

Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatınınnövbəti zirvə toplantısı çərçivəsində Azərbaycanla Çin arasındastrateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə qəbulolunub.

Prezident İlham Əliyevin Çin lideri Si Cinpin ilə görüşü zamanıiki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulmasınadair qəbul edilmiş birgə Bəyannamə Azərbaycan-Çin münasibətlərinistrateji tərəfdaşlıq səviyyəsinə yüksəldir;

Bəyannamənin əsas müddəaları belədir:

- Tərəflərin strateji tərəfdaşlığını qarşılıqlı hörmət,bərabərlik, etimad və qarşılıqlı dəstəyə əsaslanır, AzərbaycanlaÇinin xarici amillərdən asılı olmayaraq bir-birini etibarlıtərəfdaş hesab edir

- Münasibətlər ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət,daxili işlərə qarışmama prinsiplərinə əsaslanır

- Azərbaycan “Vahid Çin” prinsipini qətiyyətlə dəstəkləyir vəTayvanı Çinin ayrılmaz hissəsi kimi qəbul edir

- Azərbaycanla Çin milli, regional və qlobal təhlükəsizliyinvacib məsələləri ilə bağlı sıx əlaqə və koordinasiya saxlayır, özərazisindən hər hansı bir qüvvənin digər tərəfə qarşı istifadəsinəimkan vermir

- Tərəflər BMT himayəsi altında beynəlxalq sistemi dəstəkləyir,BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə söykənən beynəlxalqmünasibətlərin əsas normalarına riayət edir, hegemonluğa və gücsiyasətinə qarşıdır, real çoxtərəfliliyə sadiqdir

- Azərbaycanla Çin insan hüquqları ilə bağlı məsələlərinsiyasiləşdirilməsinə və ikili standartların tətbiq edilməsinə,insan hüquqlarının müdafiəsi bəhanəsi altında hər hansı dövlətindaxili işlərinə müdaxiləyə qarşıdır

- Tərəflər arasında strateji tərəfdaşlıq qarşılıqlı hörmət,bərabərlik, etimad və qarşılıqlı dəstəyə əsaslanır, AzərbaycanlaÇin xarici amillərdən asılı olmayaraq bir-birini etibarlı tərəfdaşhesab edir

- Tərəflər ticarət-iqtisadi əməkdaşlığının inkişafı üçünnəqliyyat və kommunikasiya, yaşıl enerji, emal və istehsal,infrastruktur, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı və s.sahələrdə layihələrə diqqət yetirir

- Azərbaycanla Çin “Bir kəmər, bir yol” çərçivəsində əməkdaşlığıdərinləşdirməyi vacib hesab edir

- Çin Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (“Orta Dəhliz”)tikintisində və istismarında fəal iştirak edir

- Çin COP29-un Azərbaycanda keçirilməsini alqışlayır vəAzərbaycanın Konfransda sədrliyini dəstəkləyir

... Birgə Bəyannamə, həmçinin iqtisadi sahədə digər sənədlərinimzalanması Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun və çəkisinindaha da yüksəldiyini nümayiş etdirir. Bu, Prezident İlham Əliyevinyürütdüyü siyasətə, onun şəxsiyyətinə olan hörmət və etibarıntəzahürüdür.

... Azərbaycanın xarici siyasəti təkcə Qərb ölkələri ilə deyil,Asiya regionu ilə də münasibətlərin inkişafına və əlaqələringücləndirilməsinə yönəlib. Çin, Rusiya, Pakistan və Mərkəzi Asiyaölkələri ilə əlaqələr xüsusilə önəmlidir.

Azərbaycan və Çin arasında diplomatik münasibətlərinqurulmasından bəri iki ölkə arasında əlaqələr strateji səviyyəyəyüksəlib. Bu münasibətlər siyasi, iqtisadi, mədəni və humanitarsahələrdə hər iki tərəfin maraqlarına xidmət edir. Aşağıda,Azərbaycan və Çin arasındakı əlaqələrin müxtəlif aspektlərini əhatəedən faktlar və arqumentlər təqdim olunur.

Azərbaycan və Çin arasındakı diplomatik münasibətlər 1992-ci ilaprelin 2-də qurulub. Bu tarixdən etibarən, iki ölkə arasındakıəlaqələr davamlı olaraq inkişaf etmiş və strateji tərəfdaşlıqsəviyyəsinə çatıb. Prezident İlham Əliyev və Çin lideri Si Cinpinarasında qurulmuş yüksək səviyyəli dostluq münasibətləri buəlaqələrin möhkəmlənməsinə böyük töhfə verib.

İki lider arasında keçirilmiş səfərlər və görüşlər mühüməhəmiyyət kəsb edir. Məsələn, 2019-cu ilin aprelində Prezidentİlham Əliyev Si Cinpinin dəvəti ilə İkinci “Kəmər və Yol Forumu”ndaiştirak edib. Bundan əlavə, 2022-ci ilin 15 sentyabrında Səmərqəndşəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsindəkeçirilmiş görüş, iki ölkə arasındakı strateji tərəfdaşlığıngücləndirilməsində əhəmiyyətli rol oynayır.

Azərbaycan və Çin arasındakı iqtisadi əməkdaşlıq müxtəlifsahələrdə sürətlə inkişaf edir. 2023-cü ildə iki ölkə arasındakıticarət dövriyyəsi 3,1 milyard ABŞ dolları təşkil etmişdir.Azərbaycanda 300-dən çox Çin şirkəti qeydiyyata alınıb və buşirkətlər sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat vəxidmət sahələrində aktiv fəaliyyət göstərirlər.

Çin Azərbaycanın ilk idxal mənbəyidir və ölkəmizin beş əsasticarət tərəfdaşından biridir. Azərbaycan və Çin arasındaqarşılıqlı investisiya axınları da əhəmiyyətlidir. ÇindənAzərbaycana 930,8 milyon dollar, Azərbaycandan Çinə isə 263,3milyon dollar həcmində investisiya qoyulub.

Azərbaycan Çinin irəli sürdüyü “Kəmər və Yol təşəbbüsü”nü ilkdəstəkləyən ölkələrdən biridir. Bu təşəbbüs çərçivəsində AzərbaycanÇin ilə nəqliyyat və logistika sahəsində sıx əməkdaşlıq qurub.Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi - Orta Dəhliz ÇindənAvropaya və geriyə yüklərin çatdırılması üçün ən səmərəli vətəhlükəsiz marşrutdur. 2023-cü ilin 9 ayında Orta Dəhliz üzərindənyükdaşımaların həcmi 88% artaraq 2 milyon tona çatıb. Zəngəzurdəhlizinin açılmasından sonra bu tranzit həcminin ildə 5-8 milyonton artması gözlənilir.

Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə ÇindənTürkiyəyə yük daşımalarının müddəti 1 aydan 12 günə qədərazalmışdır. Çindən göndərilən bu yüklərin Türkiyə vasitəsilə QərbiAvropa ölkələrinə çatdırılması ümumilikdə cəmi 18 günə başverir.

Çin ilə enerji keçidi və bərpa olunan enerji sahəsindəəməkdaşlıq da uğurla inkişaf etdirilir. Çinin “BYD Company Limited”(BYD) şirkəti ilə elektrik mühərrikli avtobusların istehsalısahəsində əməkdaşlıq qurulub. 2024-cü ildə Azərbaycanda keçiriləcəkCOP29 tədbiri çərçivəsində BYD şirkətinin 160 elektrik mühərrikliavtobusu və 100 enerji doldurucusunun ölkəmizə gətirilməsiplanlaşdırılır.

Heydər Əliyev Fondu Azərbaycan və Çin arasında mədəni vəhumanitar mübadilənin əsas hərəkətverici qüvvəsidir. Fond “ÇininXarici Ölkələrlə Dostluq üzrə Xalq Cəmiyyəti” ilə birlikdə müxtəliflayihələr həyata keçirir. 2023-cü ilin aprel ayında Pekində Fondunvitse-prezidenti Leyla Əliyevanın “Yalnız bir dəfə yaşayırsan”poeziya kitabının Çin dilinə tərcümə olunmuş təqdimatı keçirilib.Bu nəşr, Çin və Azərbaycan arasında mədəni və humanitar sahələrdəəməkdaşlığın gözəl nümunəsidir.

Elm və təhsil sahəsində də əməkdaşlıq fəal şəkildə davametdirilir. Pekin Dillər Universitetində Azərbaycan dilinin tədrisikafedrası fəaliyyət göstərir, Azərbaycan ali məktəblərində isəKonfutsi institutları fəaliyyət göstərir.

Azərbaycan və Çin arasındakı əlaqələr strateji tərəfdaşlıqsəviyyəsinə çatmış və davamlı olaraq genişlənməkdədir. İkitərəflimünasibətlər siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə həriki ölkənin maraqlarına xidmət edir. Bu münasibətlərin inkişafıAzərbaycan və Çin arasında daha da güclü əməkdaşlıqperspektivlərini təmin edir.

Azərbaycan daim “Vahid Çin” prinsipini dəstəkləyir və Çin iləbağlı məsələlərdə birmənalı mövqedədir.

Ölkələr arasında dostluq münasibətləri regionlar və şəhərlərsəviyyəsində də inkişaf edir. Bakı şəhəri ilə Sıçuan əyaləti, Gəncəşəhəri ilə Çindao şəhəri və digər şəhərlər arasında əməkdaşlıqhaqqında sənədlər imzalanıb.

Elm və təhsil sahəsində də əməkdaşlıq fəal şəkildə davametdirilir. Pekin Dillər Universitetində Azərbaycan dilinin tədrisikafedrası fəaliyyət göstərir, Azərbaycan ali məktəblərində isəKonfutsi institutları fəaliyyət göstərir.

Prezident İlham Əliyevin Çin lideri Si Cinpin ilə görüşününnəticəsi olaraq, ölkələr arasında əməkdaşlıq bütün sahələrdə dahada dərinləşəcək, qarşılıqlı təmaslar və dialoq intensivləşəcək,ikitərəfli münasibətlər yeni məzmun və keyfiyyət qazanacaq.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
5
az.trend.az

10Mənbələr