RU

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin əməkdaşlıq etmək istədiyi ölkəyə çevrilib - ŞƏRH

Bakı. Trend:

Azərbaycan özünün “balanslı siyasəti” çərçivəsindəformalaşdırdığı xarici siyasətinə uyğun olaraq çoxtərəflidiplomatiya əsasında hərəkət edir, ölkənin hər hansı bloka daxilolması əvəzinə çoxölçülü münasibətlərə üstünlük verir.

Bunu Trend-in suallarını cavablayarkən UNEC-in TürkDünyası İqtisad Fakültəsinin dekanı, Uludağ Universitetininprofessoru Mehmet Yüce deyib.

O qeyd edib ki, bu baxımdan Şanxay Əməkdaşlıq TəşkilatıAzərbaycanın diqqətini cəlb edir.

"44 günlük Vətən Müharibəsi sonrası həm Türk Dünyasında, həm dəbeynəlxalq aləmdə effektivliyini artıran Azərbaycan ŞƏT-ə üzvölkələrin, xüsusilə Rusiya və Çinin əməkdaşlıq etmək istədiyiölkəyə çevrilib. ŞƏT-in üzv ölkələri həm coğrafi, həm də iqtisadibaxımdan Azərbaycanla sıx əlaqələri olan ölkələrdir. Ona görə dəAzərbaycanla ŞƏT arasında əməkdaşlıq Azərbaycan üçün böyükəhəmiyyət kəsb edir. Çünki ŞƏT regional təhlükəsizlik, iqtisadiinkişaf və mədəni əməkdaşlıqda mühüm rol oynayır və beynəlxalqmünasibətlərdə diqqətlə izlənilməli olan bir aktordur.

Azərbaycanla belə bir qurum arasında əməkdaşlıq hər sahədəAzərbaycana xeyir verəcəkdir. Əslində, Astanada keçirilən Zirvəgörüşündə Azərbaycan və Çin Xalq Respublikası arasında stratejiəməkdaşlıq sazişinin imzalanması və Azərbaycan, Türkiyə və Pakistanarasında keçirilən üçtərəfli görüşü Azərbaycanın regional və qlobaltəsir dairəsini gücləndirəcək. Azərbaycanın ŞƏT-ə üzv ölkələr,xüsusilə Çin, Rusiya və Mərkəzi Asiya ölkələri ilə ticarətəlaqələri Azərbaycanın iqtisadi inkişafına mühüm töhfə verəcək.Azərbaycanın ŞƏT-ə üzv ölkələrlə enerji sahəsində əməkdaşlığı həmAzərbaycanın enerji təchizatı təhlükəsizliyinə müsbət təsir edəcək,həm də Azərbaycana öz enerji resurslarını daha geniş bazara təqdimetməyə və enerji infrastrukturunu inkişaf etdirməyə imkanverəcək.

Nəticədə ŞƏT Azərbaycan üçün iqtisadi, təhlükəsizlik, diplomatikvə mədəni baxımdan mühüm imkanlar təklif edir. Azərbaycanın ŞƏT iləəlaqələri ölkənin iqtisadi inkişafına dəstək verəcək, regionaltəhlükəsizliyi artıracaq və beynəlxalq aləmdə mövqelərininmöhkəmlənməsinə töhfə verəcək", - deyə M.Yüce bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
4
50
az.trend.az

10Источники