RU

Ərdoğan TDT-nin Şuşa sammitinə qatılmayacaq

Prezident Rəcəb Tayyib Ərdoğan şənbə günü, iyulun 6-da Azərbaycanın Şuşa şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısında iştirak planını ləğv edib.

Ednews  xəbər verir ki, bu barədə informasiyanı Türkiyənin NTV kanalı yayıb.

Mənbə yazır ki, Prezident Ərdoğan həmin gün Bakı vaxtı ilə saat 23:00-da Milli Futbol Komandasının Niderlandla qarşılaşacağı "AVRO 2024"ün 1/4 final matçını izləmək üçün Almaniyaya gedəcək.

Ərdoğan daha sonra 9-11 iyul tarixlərində Vaşinqtonda keçiriləcək NATO-nun 75-ci Yubiley Sammiti üçün ABŞ-a yola düşəcək.

Избранный
61
1
ednews.net

2Источники