Ərdoğan Türkiyə millisinin oyunu üçün Almaniyaya gedir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü, iyulun 6-da, saat 23:00-da keçiriləcək Avro-2024 Türkiyə - Niderland 1/4 final oyununa baxmaq üçün Almaniyaya gedəcək. Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, bununla bağlı Ərdoğan həmin tarixdə Şuşa şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısında iştirak etməyəcək. Oyun Almaniyanın Münxen şəhərində, “Olympiastadion” baş tutacaq. Ərdoğan daha sonra 9-11 iyul tarixlərində Vaşinqtonda keçiriləcək NATO-nun 75-ci Yubiley Sammiti üçün ABŞ-a yola düşəcək.