RU

Zaqatalada avtomobil aşdı - 6 nəfər xəsarət aldı

Zaqatalada Sərvan Əhmədovun idarə etdiyi avtomobil aşıb.

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Avtomobildə olan sərnişinlər, rayonun Yuxarı Çardaqlar kənd sakinləri 2006-cı il təvəllüdlü Bilal Elşən oğlu Ərtilov, 2006-cı il təvəllüdlü Elvin İzəddin oğlu Əhmədov, 2006-cı il təvəllüdlü Muhuma Seyfəddin oğlu Məmmədov, 2008-ci il təvəllüdlü Məhəmməd Əhməd oğlu Xəlilov və 2006-cı il təvəllüdlü Murad Məmməd oğlu Yahyayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət ediblər.

Yaralılardan M. Xəlilov və M. Yahyayev xəstəxananın təcili yardım şöbəsində nəzarətdə saxlanılıblar. Digər dörd nəfərin xəsarətləri yüngül olduğundan müayinə edildikdən sonra evə buraxılıblar.

Yol-nəqliyyat hadisəsi ilə bağlı Zaqatala RPŞ-də təhqiqat araşdırmaları aparılır.

Bizim.Media

Избранный
73
17
bizim.media

10Источники