RU

Azərbaycan millisi Avropa üçüncüsü oldu

Azərbaycanın yunan-Roma güləşçiləri U-20 Avropa çempionatında 3-cü yeri tutub.

"Operativ Media" xəbər verir ki, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında qitə birinciliyinə yollanan millimiz 4 medal qazanıb.

İsmayıl Rzayev (82 kq) gümüş, Tural Əhmədov (60 kq), Məhəmməd Şükürzadə (63 kq) və Ruslan Nurullayev (72 kq) isə bürünc medal əldə edib.

Yekunda 93 xal toplayan yığmamız komanda hesabında 3-cü olub.

Türkiyə (123) birinci, Gürcüstan (116) isə ikinci yeri tutub

Избранный
58
15
operativmedia.az

10Источники