AZ

Millimiz Avropa çempionatında üçüncü oldu

U-20 Avropa çempionatında yunan-Roma güləşi üzrə mübarizə başa çatıb.

"Football-plus.az" istinadən xəbər verir ki, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında qitə birinciliyinə yollanan millimiz 4 medal qazanıb.

İsmayıl Rzayev (82 kq) gümüş,Tural Əhmədov (60 kq), Məhəmməd Şükürzadə (63 kq) və Ruslan Nurullayev (72 kq) bürünc medal əldə edib.

Yekunda 93 xal toplayan yığmamız komanda hesabında 3️-cü yeri tutub.

Türkiyə (123) birinci, Gürcüstan (116) isə ikinci olub.

Seçilən
76
15
football-plus.az

10Mənbələr