Bakı, TurkicWorld
İyul ayından başlayaraq Çinin Sian limanından Bakıya Orta Dəhlizlə gündə bir dəfə olmaqla müntəzəm konteyner blok qatarların göndərilməsinə başlanılıb.
TurkicWorld bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.
Məişət malları, avtomobil və ehtiyat hissələri ilə yüklənmiş ilk qatarın Qazaxıstan və Xəzər dənizindən keçməklə təqribən 12 günə Bakıya çatacağı gözlənilir.