(Yadların yumruğu öldürməz,amma dostun bir çırtması məhv edər məni.)
Ey mənim həyatım,ey mənim canım,
Qoyma,bu həyatda alışım,yanım.
Puç olsa ümüdüm,bil,çatar sonum.
Qırma ümüdümü,qırma,sən Allah!
******
Sənə etibarım bilki böyükdü.
Puç olan ümüdlər çiynimdə yükdü.
Həyatın yükünü ürəyim çəkdi.
Qırma ümüdümü,qırma,sən Allah!
******
Səni dağ sanırdım,dağ təki yüksəl,
Ən çətin anımda köməyimə gəl !
Qoyma ki,təklənəm,olam bir tək əl.
Qırma ümüdümü,qırma,sən Allah!
******
İstərdim ömürlük dostum olasan.
Yaxşı bir dost kimi yadda qalasan.
Hər zaman,hər yerdə məni anasan.
Mənim ümüdümü,qırma,sən Allah!
******
Bir gün dövran keçər,ömür qurtarar,
Ürəyim bir dost kimi bil,səni anar.
Puç olsa ümüdüm həyatım yanar.
Qırma ümüdümü,qırma,sən Allah!
******
Zamanı gələcək qocalacaqsan,
Günlərdən ömrünə bac alacaqsan.
Mənə görə peşman da olacaqsan.
Qırdın ümüdümü,qırdın sən vallah!
******
Dost zərbəsi,aman Allah ağırdı.
Ürəyimdə sanki,çığır-bağırdı.
Gözlərimdən qanlı yaşlar axırdı.
Qırdın ümüdümü,qırdın sən vallah!
******
Sanıram ayağa durmaram daha,
Bu zərbə gəlibdi,mənə çox baha.
İnanki,ümüdüm yoxdu sabaha.
Qırdın ümüdümü,qırdın sən vallah!
******
Güclü oldu o dostumun şeytanı.
O görmədi,nə mələyi,nə manı.
Gözlərimdə o qaraltdı cahanı.
Qırdı ümüdümü,qırdı o vallah!
******
Şeirin müəllifi:Dünya Qarabağlı-Texniki Universitetin İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbəsi.