RU

Yük maşınının vurduğu eyvan uçdu

Yanlış yolla gedən yük maşını evin eyvanına çırpılıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin İstanbul şəhərində baş verib.
 
Əldə edilən məlumata görə, yanlış yola çıxan yük maşını sürücüsü dar küçədəki evin eyvanına çırpılıb. Zərbənin təsirindən eyvan uçub. Eyvanının dağıldığını görən ev sahibi dərhal bayıra çıxıb. Vətəndaşların xəbəri üzərinə hadisə yerinə xilasetmə və polis qrupları sövq edilib.
 
Yanğınsöndürənlər eyvanın təhlükəli betonunu təmizləyiblər. Yük maşını hadisə yerindən çıxarılıb. Xoşbəxtlikdən balkondan düşən beton parçaları heç kimə dəyməyib.

Qəza anı yaşayış binasının təhlükəsizlik kamerası tərəfindən lentə alınıb. Kadrlarda dar küçə ilə hərəkət edən yük maşınının eyvana çırpılaraq ilişib qaldığı görünür. Yük maşını arxaya keçəndə eyvan uçur və beton parçaları küçəyə düşür.

Oksana
Избранный
124
15
azxeber.com

10Источники