AZ

Bu il Azərbaycanla Sankt- Peterburq şəhəri arasında qarşılıqlı turist axının10-20% artacağı proqnozlaşdırılır

Bu il Azərbaycanla Rusiyanın Sankt- Peterburq şəhəri arasında qarşılıqlı turist axının 10-20 % artacağı proqnozlaşdırılır.

Fins.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Turizmin inkişafı üzrə Şəhər Komitəsinin sədri vəzifəsini icra edən Nana Qviçia deyib.

Onun sözlərinə görə, hazırda Sankt-Peterburqda Azərbaycandan olan 40 turoperator və turizm agentliyindən ibarət nümayəndə heyəti səfərdədir:

“Turist axınının səviyyəsi hər iki tərəf üçün qarşılıqlı faydalı və biznesin inkişafı üçün stimullaşdırıcıdır. Azərbaycan, turist axınına görə MDB məkanında lider olan Sankt-Peterburq üçün turizm baxımından strateji əhəmiyyətli istiqamətlərdən biri olaraq qalır”.

Nana Qviçia vurğulayıb ki, Sankt- Peterburq şəhərinə ümumilikdə turist axınının bu ilin sonuna 15 % artacağını gözləyirik:

"Hər il Sankt-Peterburqa gələn xarici qonaqların sayı sürətlə artır. 2019-cu ildə şəhərə təxminən 5 milyon xarici turist gəlirdisə, 2023-cü ildə gələnlərin sayı xeyli azalaraq 570 minə düşüb. Ötən il tətbiq edilən yeni mexanizmlər, o cümlədən 55 ölkə üçün vahid elektron viza, eləcə də Çin və İrandan gələn turistlər üçün vizasız rejim xarici turist axınının stimullaşdırılmasında mühüm rol oynayır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
3
fins.az

4Mənbələr