RU

Ermənistan ABŞ ilə münasibətlərin səviyyəsini strateji tərəfdaşlığa yüksəltməyə hazırdır

Ermənistan ABŞ ilə münasibətlərin səviyyəsini strateji tərəfdaşlığa yüksəltməyə hazırdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, baş nazir Nikol Paşinyanın ABŞ-da Müstəqillik Günü münasibətilə ABŞ prezidenti Co Baydenə göndərdiyi mesajda da deyilir.

“Demokratik islahatlar, iqtisadi və enerji davamlılığının gücləndirilməsi, ədalət, korrupsiya ilə mübarizə, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığımızı daha da genişləndirmək əzmimiz Ermənistan və ABŞ arasında strateji dialoqun ən yüksək səviyyəyə qaldırılması konsepsiyasında da öz əksini tapıb”,- deyə Paşinyan bildirib.

Ermənistanın baş nazirinin sözlərinə görə, Yerevan regionda vəziyyətin nizamlanmasında ABŞ-ın roluna önəm verir.

Избранный
40
3
operativmm.az

5Источники