AZ

Paşinyan: Ermənistan ABŞ ilə strateji tərəfdaşlığa hazırdır

Ermənistan ABŞ ilə münasibətlərin səviyyəsini strateji tərəfdaşlığa yüksəltməyə hazırdır. 

"Operativ Media" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-da Müstəqillik Günü münasibətilə prezident Co Baydenə göndərdiyi mesajda bildirib:

“Demokratik islahatlar, iqtisadi və enerji davamlılığının gücləndirilməsi, ədalət, korrupsiya ilə mübarizə, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığımızı daha da genişləndirmək əzmi Ermənistan və ABŞ arasında strateji dialoqun ən yüksək səviyyəyə qaldırılması konsepsiyasında da öz əksini tapıb".

Ermənistanın baş nazirinin sözlərinə görə, İrəvan regionda vəziyyətin nizamlanmasında ABŞ-ın roluna önəm verir.

Seçilən
46
3
operativmedia.az

5Mənbələr