RU

Artıq Azərbaycan beynəlxalq məsələlərdə hüquqları pozulan ölkələrin qoruyucularından birinə çevrilib- ÖZƏL

"Astanada Şanxay Əməkdaşlıq Təşkilatının toplantısı çərçivəsində Prezident İlham Əliyevin keçirdiyi görüşlər və "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyannamənin imzalanması dövlət başçımızın andiçmə mərasimində xarici siyasət fəaliyyəti ilə bağlı dediklərinin həyata keçirildiyini göstərir. Çini Asiyanın "yatmış aslanı" adlandıran Napoleon deyirdi ki, bu aslan oyananda dünya fərqli olacaqdır. İndi artıq fərqli bir dünya yaranır".

"Olaylar" xəbər verir ki, bunu millət vəkili Musa Qasımlı deyib: 

"Azərbaycan və Çin arasında imzalanan, mahiyyətinə görə dərin, məzmunca geniş olan bu sənəd həm iki ölkə, həm Cənubi Qafqaz, həm də dünya məsələləri baxımından qəti mövqeləri özündə əks etdirir. Azərbaycan uzun illər boyu Çini narahat edən, bədənində qara yara olan "Tayvan məsələsi"ndə Pekini müdafiə edir. Azərbaycan "Vahid Çin" prinsipini qətiyyətlə dəstəkləyir, dünyada yalnız bir Çinin mövcudluğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu, Tayvanın isə Çin ərazisinin ayrılmaz bir hissəsi olduğunu tanıyır, istənilən formada "Tayvanın müstəqilliyi"nə qarşı qətiyyətlə çıxış edir və Tayvan boğazının iki sahili arasındakı münasibətlərin dinc inkişafını, habelə Çin Hökumətinin Çinin birləşdirilməsi istiqamətində səylərini dəstəkləyir. Bu o deməkdir ki, Çin ərazi bütövlüyü və suverenliyinin təmin edilməsinə məsələsində əlavə siyasi-diplomatik güc alır.
   Çin isə Azərbaycanın təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və konfrontasiyanın saxlanmasına yönəlmiş geosiyasi intriqaları qeyri-səmərəli hesab edir. Bu o deməkdir ki, Azərbaycan Cənubi Qafqazı yenidən qan gölünə çevirərək öz maraqlarını reallaşdırmaq istəyən dövlətlərə qarşı BMT TŞ-nin daimi üzvü olan Çindən siyasi-diplomatik dəstək alır. Sənəddə Azərbaycan və Çin inkişaf etməkdə olan ölkələr kimi əməkdaşlığı gücləndirməyə və inkişaf etməkdə olan ölkələrin ümumi maraqlarını birgə müdafiə etməyə hazır olduqlarını bəyan edirlər. Bu isə o deməkdir ki, artıq Azərbaycan beynəlxalq məsələlərdə, hüquqları pozulan ölkələrin qoruyucularından birinə çevrilib".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
381
olaylar.az

1Источники