Sabiq kapitan bir neçə gün öncə bu barədə sualımıza “hələ məşqçilik üçün tezdi, oxuyacam” cavabını vermişdi. Lakin Ağdam klubu onun fəaliyyətində çox maraqlıdı. Bu üzdən Medvedevə yeni təklif göndərib. Maksimə U-14 komandasında Samir Musayevə kömək etmək təklif olunur. Doğrudanmı Maksim məşqçilik edəcək? Onun “Football-plus.az”a cavabı:
“Akademiya məsələsi ilə bağlı danışıqlar gedir. Yəni 100 faizlik qərar deyil, hər şey sual altındadı. Planımda oxumaq var və oxuyacam. Sadəcə, hazırda heç nə dəqiq deyil”.
RÖYANƏ OĞUZ