RU

Rusiya şirkətləri ötən il 432 milyard dollar gəlir götürüblər

Yazını böyüt
Yazını kiçilt

Rusiya şirkətlərinin mənfəəti 2023-cü ildə 23 faiz artaraq 38 trilyon rubla (432 milyard dollar) çatıb.

Hafta.az-ın yazdığına görə, Federal Vergi Xidməti FNS-ə istinadən məlumatlar yayan "İzvestiya" qəzeti biznes gəlirlərinin 36 faiz azalaraq 814 trilyon rubla düşdüyünü yazır.

Şirkətlərin gəlirlərinin azalmasının səbəbi sanksiyaların təzyiqidir. Qəzet yazır ki, sanksiyalara görə şirkətlər logistika və istehsal proseslərini yenidən qurmaq məcburiyyətində qalıblar.

Bununla belə, qəzetə danışan ekspertlər bildirirlər ki, sanksiyaların təsirinə baxmayaraq, əksər şirkətlər yeni şərtlərə uyğunlaşaraq ixrac-idxal kanallarını yenidən təşkil etməyə nail olublar.

Vergi xidməti 2023-cü ildə şirkətlərin 7,9 trilyon rubl korporativ vergi ödədiyini açıqlayıb.

Избранный
146
50
hafta.az

10Источники