AZ

“Aqrar İnnovasiya və Təchizat Şirkəti” ötən il 2 mln. manata yaxın zərər edib - Hesabat

“Aqrar İnnovasiya və Təchizat Şirkəti” 2023-cü il üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il “Aqrar İnnovasiya və Təchizat Şirkəti” 1 milyon 820.4 min manat zərər edib. 2022-ci ildə şirkət 58.4 min manat xalis mənfəət əldə etmişdi.

2023-cü ildə təchizat şirkətinin cəmi gəlirləri 10.6% azalaraq 6 milyon 896,2 min manat, ümumi xərcləri isə 14% artaraq 8 milyon 716.7 min manat təşkil edib. Beləliklə şirkət 1 milyon 820.4 min manat əməliyyat zərəri ilə üzləşib.

Ötən il “Aqrar İnnovasiya və Təchizat Şirkəti” 18% kiçilib. Belə ki, 2023-cü ildə şirkətin cəmi aktivləri 18.4% və ya 4.3 milyon manat azalaraq 19 milyon manata bərabər olub. Cəmi öhdəlikləri isə 12.6% və ya 2 milyon 171 min manat azalaraq 15 milyon manat təşkil edib.

Şirkət ötən ili xalis zərərlə bitirməsi onun cəmi kapitalına mənfi təsir edib. Ümumilikdə, şirkətin cəmi kapitalı bu il yanvarın 1-nə əvvəlki illə müqayisədə 34.7% və 2,1 milyon manat azalaraq 3 milyon 990 min manata enib.

Qeyd edək ki, nizamnamə kapitalı 200 min manat olan "Aqrar innovasiya ve Təchizat Şirketi" ASC 5 dekabr 2019-cu ildə təsis edilib və aqrar kimyəvi məhsullar, gübrə və toxum satışını həyata keçirir.

Seçilən
144
50
apa.az

10Mənbələr