RU

“Prius”un sürücüsü küçədə ona yol vermədiyi üçün digər sürücünü döydü – QƏRAR

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Babək Yevloyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 3 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzası dəyişdirilib və ona 2 il 11 ay 27 gün həbs cəzası verilib.

 

İttihama görə, 22 iyun 2022-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, taksi fəaliyyəti ilə məşğul olan 1983-cü il təvəllüdlü Babək Yevloyev idarə etdiyi “Toyota Prius” markalı avtomobillə hərəkətdə olarkən 20 Yanvar dairəsində ondan irəlidə hərəkətdə olan “Chevrolet Cobalt” markalı maşının sürücüsü, zərərçəkmiş Fərhad Ərəbxanovun təqsirləndirilən şəxsə yol verməməsini bəhanə edib. Sonra o, təkidlə Fərhada maşınını yoldan kənara çəkib saxlamasını tələb edib. Zərərçəkmiş şəxs də idarə etdiyi avtomobili yolun kənarında saxlayıb və maşından yerə düşüb. Bu zaman Babək yumruqla Fərhadın sifət nahiyəsindən 2 zərbə endirərək ona xəsarət yetib.

 

Hadisədən sonra Babək Yevloyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

 

 

Tarix: 4 İyul 2024, 09:57   
Избранный
63
pravda.az

1Источники