RU

Qaraçuxurda qadın birgə yeyib-içdiyi kişini bıçaqladı

Bakının Suraxanı rayonunda qadın kişiyə iki bıçaq zərbəsi vurub.

Bakupost.az APA -ya istinadla xəbər verir ki, hadisə Qaraçuxur qəsəbəsində qeydə alınıb.

Belə ki, Ramiz Quliyev 71 ünvanında 1994-cü il təvəllüdlü Hüseynzadə Fərid Həsən oğlu birgə yeyib-içdiyi qadın tərəfindən bıçaqlanıb. Yaralı döş qəfəsinin iki bıçaq xəsarəti ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Fakt üzrə Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Избранный
64
5
bakupost.az

6Источники