AZ

Bakıda daha bir kişi qadın tərəfindən bıçaqlandı

Bakının Suraxanı rayonunda qadın kişiyə iki bıçaq zərbəsi vurub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  hadisə Qaraçuxur qəsəbəsində qeydə alınıb.

Belə ki, Ramiz Quliyev 71 ünvanında 1994-cü il təvəllüdlü Hüseynzadə Fərid Həsən oğlu birgə yeyib-içdiyi qadın tərəfindən bıçaqlanıb. Yaralı döş qəfəsinin iki bıçaq xəsarəti ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Fakt üzrə Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Seçilən
73
5
heftelik.az

6Mənbələr