RU

Almaniya səfiri Merih Demirala görə Türkiyə XİN-nə ÇAĞIRILDI

Almaniyanın Türkiyədəki səfiri ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.

Bildirilib ki, buna səbəb UEFA-nın türk futbolçuya qarşı intizam istintaqının başlanması olub.

Almaniyanın daxili işlər naziri Nensi Feserin UEFA-nı Merih Demirala qarşı intizam araşdırması başlatmağa çağırması ilə bağlı səfirə qəti etiraz bildirilib.

Qeyd edək ki, UEFA Türkiyə yığmasının üzvü Merih Demiralın Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalının Avstriya millisi ilə matçında “bozqurd” işarəsi göstərməsinə görə araşdırmaya başlayıb. Yekun qərarın yaxın zamanda açıqlanacağı gözlənilir.
Türkiyə yığma komandası ötən gün AÇ-2024-ün 1/8 finalında Avstriyanı məğlub edərək 1/4 finala adlayıb. 

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
9
34
bizim.media

10Источники