AZ

“Bozqurd” işarəsi niyə Almaniyanı narahat edib? - Türkiyə səfiri XİN-ə çağırıldı

Türkiyənin Berlindəki səfiri Ahmet Başar Şen Almaniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Der Spiegel" jurnalı Almaniya XİN-in nümayəndəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, səfir Türkiyə yığmasının üzvü Merih Demiralın Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalının Avstriya millisi ilə matçında “bozqurd” işarəsi göstərməsinə görə çağırılıb.

Qeyd edək ki, UEFA Türkiyə yığmasının üzvü Merih Demiralın Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalının Avstriya millisi ilə matçında “bozqurd” işarəsi göstərməsinə görə araşdırmaya başlayıb. Yekun qərarın yaxın zamanda açıqlanacağı gözlənilir. Almaniyanın daxili işlər naziri Nensi Feser də istintaq başlanılmasını istəyib.

Bizim.Media

Seçilən
58
50
bizim.media

10Mənbələr