RU

Lenovo qlobal bazarda Tab K11 Plus adlı yeni planşetini təqdim edib

    Lenovo şirkəti qlobal bazarda yeni büdcəli planşetini təqdim edib. Söhbət, Lenovo Tab K11 Plus-dan gedir. Beləliklə Lenovo-nun bu yeni büdcəli planşeti 90 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 11.45 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir. Planşet özündə Dolby Atmos dəstəkli 4 ədəd səsgücləndiricini və LTE dəstəyini birləşdirir.     Lenovo Tab K11 Plus Snapdragon 680 prosessoru vasitəsilə çalışır və 4/6/8 GB RAM ilə 64/128/256 GB (microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda planşet 13 MP-lik arxa kameraya və 8 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə planşet 20 vatt gücündə sürətli şarj texnologiyalı 8690 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Planşet qutudan Android 14 vasitəsilə çalışır. Lenovo bu yeni planşetinin nə zaman və hansı qiymətə satışa çıxacağını açıqlamayıb.

Избранный
79
technote.az

1Источники