RU

Bu vəzifələri tutmaq istəyənlər üçün müsahibə

3 iyul 2024-cü il tarixində 20 dövlət orqanında inzibati vəzifələrin 2-7-ci təsnifatına uyğun olan 73 vəzifənin tutulması məqsədilə daxili müsahibə elanı verilib. 

“Cebhe.info” xəbər verir ki, daxili müsahibə elan edilən vəzifələrin 1-i inzibati vəzifələrin ikinci təsnifatına, 2-si üçüncü təsnifatına, 8-i dördüncü təsnifatına, 19-u beşinci təsnifatına, 20-si altıncı təsnifatına və 23-ü yeddinci təsnifatına aiddir. Qeyd edək ki, daxili müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (15 vəzifə) tərəfindən təqdim olunub.  Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibati vəzifələrin 2-ci təsnifatına uyğun olan Azərbaycan Respublikası Hesablama Palatasında şöbə müdiri vəzifəsidir.

Eyni zamanda, daxili müsahibə elan edilən vəzifələrdən 14-ü Naxçıvan Muxtar Respublikasının 3 dövlət orqanı, 12-si isə 6 yerli icra hakimiyyəti orqanı tərəfindən təqdim edilib.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir. 

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdir:

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 3 iyul 2024-cü il tarixindən 17 iyul 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Избранный
29
3
cebheinfo.az

4Источники