RU

Ukrayna Silahlı Qüvvələri Krımda Rusiyanın Qara dəniz donanmasının logistik mərkəzinə zərbələr endirib

 
"Krımda hərbi obyektlərə zərbələr davam edir, bu dəfə zərbə "Storm Shadow" raketi ilə endirilib..."
 
Bazar ertəsi, iyulun 1-də Ukrayna Silahlı Qüvvələri Krımda Rusiyanın Qara dəniz donanmasının maddi-texniki təminat Mərkəzinə zərbələr endirib.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiyanın ASTRA "Telegram-kanal"ı təcili xidmətlərdəki mənbələrə istinadən yazıb. Məlumatı "inforesist.org" nəşri yayıb.
 
Məlumatda deyilir ki, bu obyekt artıq ötən ilin sentyabr ayında raket zərbəsinə məruz qalıb. O zaman bir əməkdaş həlak olub, daha iki nəfər yaralanıb.
 
"Sevastopolun "qubernatoru" Mixail Razvozjayev bəyan edib ki, dünən Rusiyanın hava hücumundan müdafiəsi akvatoriya üzərində və Balaklavsk rayonunda beş hava hədəfini məhv edib.
 
O, qeyri-kommersiya bağçılıq firmalarında yanğın, sınmış şüşələr və zədələnmiş avtomobillər barədə məlumat verib. İnsanlar zərər çəkməyib.
 
 
Krıma zərbələr
 
Məlum olduğu kimi, son zamanlar rusiyalı qəsbkarların yarımadadakı hərbi obyektləri müntəzəm olaraq zərbələr altına düşür.
 
İşğalçılar praktiki olaraq zərbələrin hədəfə çatdığını etiraf etmir, bütün hədəflərin uğurla vurulması barədə bəyan edir.
 
Xatırladaq ki, iyunun sonunda Ukrayna ordusu Krımda Kosmik izləmə və rabitə Mərkəzinə hücum edib. Ukrayna Müdafiə Nazirliyi onun məhv edilməsi barədə hesabat verib.
Избранный
114
14
moderator.az

10Источники