Bakupost.az xəbər verir ki, 271 gündür Qəzzada müharibə davam edir.
Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada, son 24 saatda həyata keçirilən 3 hücumda 28 fələstinlinin həyatını itirdiyi, 125 fələstinlinin isə yaralandığı bildirilib.
İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda həyatını itirən fələstinlilərin ümumi sayının 37 min 953-ə, yaralıların sayının isə 87 min 266-ya yüksəldiyi qeyd edilib.
Aygün
BakuPost