RU

Rusiyada sosial media platforması Twitch üçün rekord cərimə yazılıb


7NEWS.az xəbər verir ki, Rusiyada məhkəmə sosial media platformalarından biri olan Twitch-i 1 milyon rubl (təxminən 12 min dollar) cərimələyib. Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət Agentliyinin (Roskomnadzor) Twitch-ə qarşı qaldırdığı iddialara paytaxt Moskvanın Taqanski Məhkəməsində baxılıb. Məhkəmə Rusiyada qadağan olunmuş məzmuna Twitch vasitəsilə daxil olmaq mümkün olduğu üçün şirkətin qanunvericiliyə əməl etmədiyinə qərar verib və platformanı 1 milyon rubl cərimələyib.

7NEWS.az
Избранный
78
6
7news.az

10Источники