RU

UEFA "bozqurd"a görə araşdırma başlatdı - FOTO

UEFA Türkiyə millisinin müdafiəçisi Merih Demiral barədə araşdırma başladıb.Sportfm.az xəbər verir ki, buna 26 yaşlı futbolçunun Avro-2024-ün Avstriya ilə 1/8 final mərhələsinin oyununda etdiyi hərəkət səbəb olub. Məlumatı qurumun mətbuat xidməti yayıb.Merih qol vurduqdan sonra "bozqurd" işarəsi göstərib. UEFA bunu "uyğunsuz hərəkət" hesab edib və müdafiəçi barədə İntizam Komitəsinin 31 (4) maddəsi ilə araşdırma başlanılıb. Araşdırma bitdikdən sonra əlavə məlumat veriləcək.Qeyd edək ki, Merih Demiral Türkiyə yığmasının Avstriyanı 2:1 hesabı ilə məğlub etdiyi oyunda 2 qol vurub.скачать dle 10.4 UTF-8Forex для начинающих

Избранный
17
sportfm.az

1Источники