RU

ING bu il üçün Azərbaycanda inflyasiyanın azalacağını proqnozlaşdırır

Niderlandın "ING Group"u 2024-cü il üçün Azərbaycanda orta illik inflyasiyanın 1,1 %, 2025-ci ildə 3,8 %, 2026-cı ildə isə 4,2 % səviyyəsində olacağını proqnozlaşdırır.

Şirkətin açıqladığı proqnozlara görə, bu il üçün açıqlanan yeni proqnoz may ayındakı gözləntilərə nisbətən 0,5 faiz bəndi azalıb, digər illər üçün dəyişməyib.

Proqnozlara əsasən, 2024-cü ilin ikinci rübündə Azərbaycanda orta illik inflyasiya 0 %, üçüncü rübdə 1,2 %, dördüncü rübdə isə 2,5 % səviyyəsində gözlənilir.

2025-ci ilin birinci rübündə Azərbaycanda orta illik inflyasiya 3,4 %, ikinci rübdə 4,1 %, üçüncü rübdə isə 3,9 % nəzərdə tutulub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-may aylarında istehlak qiymətləri 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,6 %, may ayında ötən ilin eyni ayına nisbətən 0,3 % artıb, aprel ayına nisbətən 0,1 % azalıb.

İqtisadiyyat Nazirliyi 2024-cü ildə ölkədə illik inflyasiyanın 5,3 %, 2025-ci ildə 4,9 % olacağını gözləyir. Azərbaycan Mərkəzi Bankı 2024-cü ilə inflyasiya proqnozunu (aprel proqnozu: 2024-cü ilə 3,5 % və 2025-ci ilə 4,2 %) azaldıb.

Ən sərfəli kredit üçün müraciət et

Избранный
144
10
banco.az

10Источники